logo

"Tokio-2020":Cüdoçumuz İrina Kindzerska yarımfinala yüksəlib

09:50 30-07-2021 | icon 2730
"Tokio-2020":Cüdoçumuz İrina Kindzerska yarımfinala yüksəlib

Azərbaycanın qadın cüdoçusu İrina Kindzerska Tokio Olimpiadasının yarımfinal mərhələsinə yüksəlib.

YeniAvropa xəbər verir ki, 78 kiloqramdan yuxarı çəki dərəcəsində çıxış edən idmançımız dörddəbir final mərhələsində Mijin Handa (Koreya Respublikası) üstün olub. Cüdoçumuzun növbəti mərhələdə yaponiyalı Akira Sone ilə qarşılaşacaq.

Xatırladaq ki, cüdoçumuz ilk görüşünü Larisa Tseriçə (Bosniya və Herseqovina) qarşı keçirib və ipponla qələbə qazanıb.