"Tokio-2020":Braziliyalı iqadın dmançı prezervativin hesabına Ölimpiya çempionu oldu
Braziliyalı qadın kanoeçi Cessika Foks "Tokio-2020" Yay Olimpiya Oyunlarında qeyri-adi üsulla qızıl medala sahib olub.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, 27 yaşlı idmançı cibindəki prezervativin hesabına Olimpiya çempionu olub.
Foks yarışın gedişində qayığın zədələnmiş hissəsini məhz qoruyucu vasitə ilə bağlayaraq, yekunda 105,04 saniyəlik nəticə ilə birinci yeri tutub.
Qeyd edək ki, "Tokio-2020"nin iştirakçılarına prezervativ paylanılsa da, koronavirusa yoluxma təhlükəsinə görə ondan istifadə etməmək tövsiyə olunub.