logo

Tokio-2020: 44 idmançımızdan 21-i artıq mübarizəni dayandırıb

19:20 29-07-2021 | icon 2716
Tokio-2020: 44 idmançımızdan 21-i artıq mübarizəni dayandırıb

"Tokio-2020" Yay Olimpiya Oyunlarında Azərbaycanın 40 lisenziya üzrə 44 idmançı təmsil edir.

YeniAvropa xəbər verir ki, Olimpiadanın başladığı iyulun 23-dən  bu günədən mübarizəyə qoşulan 25 idmançımızdan 21-i çıxışını başa vurub.

Belə ki, bu gün Azərbaycanın daha iki idmançısı "Tokio-2020" Yay Olimpiya Oyunlarında mübarizə aparıb. Cüdoçu Zelim Kotsoyev 100 kq çəki dərəcəsində 1/16 final görüşünü qələbə ilə başa vurub. O, fransalı Aleksandr İddiri vazari xalı ilə yenib.Lakin növbəti görüşündə Kotsoyev kanadalı Şadi Elhanasa ipponla uduzaraq, çıxışlarını erkən başa vurub.

Boksçu Məhəmməd Abdullayev isə 91 kq-dan yuxarı çəki dərəcəsində 1/8 final görüşünə çıxıb. O, özbəkistanlı dünya və üçqat Asiya çempionu Baxodir Jalolovla döyüşüb. Hər 3 raudda rəqibindən geri qalan Abdullayev 0:5 hesabı ilə uduzaraq, Oyunlarla vidalaşıb.

Beləliklə, "Tokio-2020"də mübarizəni medalsız başa vuran idmançılarımız aşağıdakılardır:

Cüdo: Aişə Qurbanlı (48 kq.), Kəramət Hüseynov (60 kq.), Orxan Səfərov (66 kq.), Rüstəm Orucov (73 kq.), Murad Fətiyev (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq)

Güllə atıcılığı: Emin Cəfərov

Boks: Tayfur Əliyev(57 kq),Lorenzo Sotomayor(69 kq),Məhəmməd Abdullayev (+91 kq)

Qılıncoynatma: Anna Başta

Veloyürüş: Elçin Əsədov

Üzgüçülük: Maksim Şemberev və Məryəm Şeyxəlizadəngah

İdman gimnastikası: İvan Tixonov və Marina Nekrasova

Taekvandoçu: Fəridə Əzizova və Milad Beiqi Xerçaqani

Triatlon: Rostivlas Pevstsov.

Badminton: Edi Reski Dviçahyo

Mübarizəyə qoşulan digər idmançılarımızdan boksçular Cavid Çələbiyev (63 kq.),  1/16 finalda, Alfonso Dominges isə 1/8 finalda qələbə qazanaraq növbəti mərhələyə yüksəlib. Güllə atıcısı Ruslan Lunyov isə ilk mərhələlərdə uğursuz çıxış edib, amma 25 metr məsafə yarışında da qüvvəsini sınayacaq.

Qeyd edək ki, Olimpiadada medal ümidlərimiz hesab edilər 9 cüdoçudan hazırda yarışda cəmi 2 cüdoçumuz qalıb. Hər ikisi milliləşdirilmiş legioner olan bu idmançılarımızdan iyulun 30-da tatamiyə çıxıcaq Uşangi Kokauri (+100 kq) də mübarizəyə 1/16-dan, qadın cüdoçumuz İrina Kindzerska (+78 kq) isə 1/8 finaldan qoşulacaq.