“Yelo Bank” II rübdə 10 milyon manat mənfəət əldə edib
“Yelo Bank” ASC 2021-ci ilin ikinci rübü üzrə maliyyə hesabatını açıqlayıb. Ötən rüb olduğu kimi, bu rüb də Bankın əsas maliyyə göstəriciləri üzrə pozitiv dinamika müşahidə olunub. Belə ki, Bank hesabat dövrünü 10 milyon manat xalis mənfəətlə başa vurub.
YeniAvropa xəbər verir ki, bu barədə “Yelo Bank”ın yaydığı açıqlamada bildirilib. Qeyd edilib ki, eyni zamanda , bankın cəmi aktivlər ötən ilin sonu ilə müqayisədə 47,5 milyon manat artaraq 438,6 milyon manata çatıb.
Bankın kredit portfelində də nəzərə çarpan artım var. Belə ki, kredit portfeli ötən ilin sonu ilə müqayisədə 18.3% artaraq 364.8 mln manata çatıb. Bu müddət ərzində portfelin böyük hissəsini təşkil edən biznes kreditləri üzrə 96.2 mln, istehlak kreditləri üzrə isə 56.5 mln manat veriliş olub. Qeyd olunan dövr üzrə Bank-ın depozit portfeli də 8% artaraq 253.8 mln manata çatıb.
Hesabat dövrü üzrə bankın xalis faiz gəlirləri 21.3 milyon manat təşkil edib. Bu isə ötən ilin anoloji periodu ilə müqayisədə 20% artım deməkdir. Hazırda Bankın məcmu kapitalı 63.86 mln manatdır, bu göstərici ilin əvvəlindən 10 mln manat, requlyativ tələbdən isə 13.86 mln manat çoxdur.
“Yelo Bank”ın İdarə Heyətinin Sədri Anar Həsənov 2-ci rübün maliyyə nəticələrini belə şərh edib: “2021-ci il üçün qarşımıza qoyduğumuz hədəflərə uyğun irəliləyirik. Qısa zamanda yeni strategiyamızın nəticələrini görmək xoşdur. Təbii ki, bu nəticələr güclü komandamız və müştərilərimizin artan etibarı olmadan reallaşa bilməzdi. Ölkə iqtisadiyyatındakı ümumi canlanma dövründə əsas diqqətimizi kiçik bizneslərin maliyyələşdirilməsinə yönəltdik. Daha çox müştəriyə xidmətlərimizi çatdıra bilməyimiz üçün ilk 2 rübdə yeni filiallarımızı istifadəyə verdik və ilin sonuna qədər də daha bir neçəsinin açılışını planlaşdırırıq. Paralel olaraq rəqəmsal həllərimizi də inkişaf etdiririk. Əsas məqsədimiz müştərilərimizin istədikləri vaxt və ən rahat formada bank xidmətlərini ala bilməsidir. İlin sonunadək daha böyük nəticələr əldə edəcəyimizə inanıram”.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq