logo

UEFA Çempionlar Liqası: “Neftçi”  Bakıda “Olimpiakos”u qəbul edir

12:08 28-07-2021 | icon 2457
UEFA Çempionlar Liqası: “Neftçi”  Bakıda “Olimpiakos”u qəbul edir

Bakının “Neftçi” futbol klubu bu gün UEFA Çempionlar Liqasında növbəti oyununu keçirəcək.

YeniAvropa xəbər verir ki, "ağ-qaralar" turnirin ikinci təsnifat mərhələsinin cavab oyunuı çərçivəsində Yunanıstanın “Olimpiakos” komandasını qəbul edəcək.

“Bakcell Arena”da saat 21:00-da start götürəcək matçı ispaniyalı baş hakim Rikardo de Burqos idarə edəcək.

Qeyd edək ki, hər iki komanda oyuna ciddi itkilərlə çıxacaq. Flaqmanın heyətində ilk görüşdə ağır zədə almış Namik Ələskərov və qırmızı vərəqə alan Mert Çelik oynaya bilməyəcəklər. Pirey təmsilçisində isə 8 itki var. Andreas Buxalakis, Oleq Ryabçuk, Sokratis Papastatopulos, Tanasis Andrutsos, Məhəmməd Kamara, Tikinyo, Yan M Vila və Eqmundur Kristinsson matçı buraxacaqlar. Onlardan M.Kamara cəza, digərləri isə zədə səbəbindən Azərbaycan paytaxtına gətirilməyib.

Xatırladaq ki, ilk görüşdə “Neftçi” rəqibinə 0:1 hesabı ilə uduzub. Bu cütün qalibi növbəti mərhələdə “Mura” (Sloveniya) - “Lüdoqorets” (Bolqarıstan) oyununun güclüsü ilə üz-üzə gələcək. Uduzan tərəf isə UEFA Avropa Liqasının üçüncü təsnifat mərhələsində HİK (Finlandiya) ilə qarşılaşacaq.