logo

Azərbaycanlı əkiz bacılar "Tokio-2020"da Britaniyaya bürünc  medal qazandırdılar

11:44 28-07-2021 | icon 2345
Azərbaycanlı əkiz bacılar "Tokio-2020"da Britaniyaya bürünc  medal qazandırdılar

Azərbaycan əsilli qadın gimnastlar-Cessika və Cennifer Qədirova bacıları "Tokio-2020"də Böyük Britaniya komandasının aktivinə daha bir bürünc medal yazdırıblar.

 YeniAvropa xəbər verir ki, bu, Britaniyanın gimnastikada 93 illik fasilədən sonra Yay Olimpiya Oyunlarındakı ilk mükafatıdır. 16 yaşlı əkiz azərbaycanlı bacıların bu nailiyyətin qazılmasında böyük rolu olub.

Qeyd edək ki, Cessika Qədirova bu il İsveçrədə keçirilən Avropa çempionatının qalibi olub. Onun əkiz tayı Cennifer isə 2019-cu ildə yeniyetmələr arasında dünya çempionatının gümüş medalını qazanıb.

Xatırladaq ki, Qədirova bacılarının valideynləri azərbaycanlıdırlar. Atası Natiq Qədirov ötən il KİV-ə müsahibədə 2001-ci ildə içlə əlaqədar Böyük Britaniyaya köçdüklərini qeyd edib. essika və Cennifer də 2004-cü ildə elə İrlandiyada doğulublar. Bundan əvəl isə daha 4 övladları olub.

Əkiz bacılar həm İrlandiya, həm də Böyük Britaniya vətəndaşlarıdırlar. Valideynləri isə orada orada oturum izni ilə yaşayırlar.