"Tokio-2020" Yay Olimpiya Oyunlarında ölkəmizi təmsil edəcək güləşçilər bu gün Yaponiyaya yola düşüblər.
YeniAvropa xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasından bildirilib. Qeyd edilib ki, milli komanda saat 16:45-də Bakıdan yola düşüblər.
Qeyd edək ki, sərbəst güləş yarışlarında Hacı Əliyev (65 kq), Turan Bayramov (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşində Rafiq Hüseynov (77 kq), İslam Abbasov (87 kq), qadın güləşində isə Mariya Stadnik (50 kq) və Elis Manolova (68 kq) qüvvəsini sınayacaq.
Olimpiadada güləş yarışları avqustun 1-də başlayacaq.