Türkmənistan müstəqil ölkə kimi, 1992-ci ildən bəri ilk dəfə olaraq Yay Olimpiya Oyunlarında medal qazanıb.
YeniAvropa xəbər verir ki, "Tokio-2020" Yay Olimpiya Oyunlarında ağırlıqqaldıran Polina Quryeva gümüş medala sahib olub.
59 kq çəki dərəcəsin mübarizə aparan 22 yaşlı idmançı qadınların yarışında birdən 96 kq, təkanla 121 kq ağırlıq qaldıraq, iki hərəkətin cəmində 217 kq nəticə göstərib.
Qeyd edək ki, bu çəki dərəcəsində qızıl medala tayvanlı Qo Sinçjun 236 kq (103+133), bürünc medala isə yaponiyalı Mikiko Ando 214 kq (94+120) yiyələnib.