#Evalmaqhaqqımızdır!- jurnalistlərin təşəbbüs qrupu yaradılıb
Məlum olduğu kimi, bu günlərdə bir qrup media və QHT nümayəndəsi Prezident, Ali Baş Komandan İlham Əliyevə müraciət edərək, Azərbaycan Prezidentinin "Azərbaycan mətbuat işçilərinin sosial müdafiəsinin gücləndirilməsinə dair əlavə tədbirlər haqqında" 22 iyul 2013-cü il tarixli sərəncamı ilə inşa edilmiş və artıq istismara hazır olan üçüncü binadakı mənzillərin şəhid və qazi ailələrinə verilməsini təklif ediblər. Halbuki, müraciətə imza atan 38 nəfərdən 11 mətbuat nümayəndəsinin nəinki paytaxtın ayrı-ayrı yerlərində şəxsi villaları var, üstəlik dövlət büdcəsi hesabına jurnalistlər üçün inşa edilmiş I və II binada 3 və 4 otaqlı mənzillər almışlar. Onları əksəriyyəti ya həmin mənzilləri satmış, ya da ki, ayrı-ayrı şəxslərə kirayəyə verməkdədirlər.
YeniAvropa xəbər verir ki, bu fikirlər "#Evalmaqhaqqımızdır!" jurnalistlərin təşəbbüs qrupunun bu gün yaydığı məlumatda yer alıb.
"Sözügedən müraciət uzun illərdən bəri mətbuatda çalışan, lakin aldıqları maaşla öz mənzil şəraitlərini yaxşılaşdıra bilməyən böyük jurnalist odrusu tərəfindən ciddi etirazla qarşılanmış, sosial şəbəkə və internet televiziyalarında qızğın müzakirə mövzusuna çevrilmişdir.
Həmin müraciətə etiraz edən jurnalistlər sosial şəbəkədə “Ev almaq haqqımızdır!” təşəbbüs qrupu yaradaraq, artıq onu hərəkata çevirməkdədirlər.
Məqsəd isə kimlərinsə təhriki ilə başladılan təhlükəli planın-Azərbaycan Prezidenti İlham Əliyevə qarşı başladılan bu təxribatın qarşısını almaq, dövlətçiliyi müdafiə etmək, jurnalistlərlə şəhid ailələri və qazilər arasında nifaq salmağa çalışanlara layiqli cavab verməkdir.
Yarandığı ilk gündən qısa müddət keçməsinə baxmayaraq 150-dən artıq jurnalist bu qrupa daxil olaraq dövlətçiliyin və Prezidentin yanında olduqlarını ifadə etmiş, dövlət başçısına müraciət imzalamışlar.
Ötən gün, iyulun 26-da “Ev almaq haqqımızdır!" jurnalistlərin təşəbbüs qrupunun ilk içlası keçirilib. İclasda dövlətçilik əleyhinə yönəlmiş belə təxribatların qarşısının alınmasında qüvvələri səfərbər etmək, eləcə də jurnalistlərlə əlaqələri koordinasiya etmək məqsədil ilə 5 nəfərdən ibarət İşçi Qrupu yaradılıb. İşçi Qrupunun üzvləri aşağıdakı tərkibdə təsdiqlənib:
1.Mətanət Əsgərqızı (Cəfərova) - müstəqil jurnalist, Yeni Zaman TV- nin rəhbəri
2.Ləman Ələşrəfqızı - əməkdar jurnalist, LAF TV
3.Səlim Balayev- Yeniavropa.az saytı, şef-redaktor, I Qarabağ müharibəsi veteranı
4.Elvin Basqallı - Space TV, aparıcı
5.Cəsarət Hüseynzadə, QHT.az saytının baş redaktoru
İşçi Qrupu fəaliyyəti ərzində sosial şəbəkələrdə aktivlik nümayiş etdirək jurnalistləri belə təxribatçı hərəkətlərə qarşı səfərbər edəcək, dövlətçiliyi müdafiə edərək media nümayəndələrini Prezident İlham Əliyevin ətrafında sıx birliyə səsləyəcək.
Eyni zamanda, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan KİV nümayəndələri tərəfindən “Ev almaq haqqımızdır!" jurnalistlər qrupuna daxil olan müraciətlərə baxacaq, onları sistemləşdirəcək, jurnalistlərin yaşadıqları ünvanlara gedəcək, ailə vəziyyəti və faktiki mənzil şəraiti ilə yaxından tanış olacaq. Bütün bu araşdırmalardan sonra mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyac duyulan jurnalistlərin yekun siyahısını tərtib edəcək. Hazırlanacaq siyahıda jurnalistin yaşı, iş stajı, ailə üzvlərinin sayı,onların yaş həddi və mənzilin sahəsi qeyd olunacaq. Daha sonra həmin siyahı “Ev almaq haqqımızdır!" jurnalistlərin vatsap qrupunda açıq müzakirəyə təqdim ediləcək. Səslənən irad və təkliflər İşçi Qrupu tərəfindən yenidən nəzərə alınmaqla YEKUN siyahı hazırlacaq və jurnalistlər adından Prezidentin Administrasiyasına göndəriləcək.
Əziz həmkarlar, ümid edirik ki, belə “ələkdən keçirilmiş“ siyahı Prezident Administrasiyasında da müsbət qarşılanacaq .Çünki, hamımız yaxşı bilirik ki, dövlət büdcəsi hesabına jurnalistlər üçün tikilmiş əvvəlki iki binada hansı yollarla kimlər bizim haqqımıza girərək mənzillərə sahibləniblər.
Qoy əvvəlki iki binadan fərqli olaraq, bu dəfə həqiqətən də, mənzil şəraitinin yaxşılaşdırılmasına ehtiyacı olan jurnalistlər haqq etsinlər!
Bu işdə bizə dəstək olan bütün həmkarlarımıza təşəkkür edirik!",-deyə məlumatda vurğulanır.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq