Azərbaycan cüdoçusu Rüstəm Orucov (73 kq) Tokio Olimpiadasında ikinci qələbəsini qazanıb.
YeniAvropa xəbər verir ki, cüdoçumuz 1/8 finalda Somon Makhmadbekovla (Tacikistan) görüşüb. Rəqibinə vazari xalı ilə qalib gələn R.Orucov 1/4 finala vəsiqə qazanıb.
Qeyd edək ki, Rüstəm Orucov 1/16 finalda rusiyalı cüdoçu Musa Moquşkovu mübarizədən kənarlaşdırıb.
Xatırladaq ki, Azərbaycan milli komandası “Tokio-2020”də 44 idmançı ilə təmsil olunur.