"Tokio-2020" Yay Olimpiya Oyunları başlandıqdan sonra ilk dəfə idmançıda koronavirus aşkarlanıb.
YeniAvropa yerli "Kyodo" agentliyinə istinadla xəbər verir ki, bu, niderlandlı akademik avarçəkən Finn Florindir.
Son sutkada Olimpiada ilə əlaqəli 10 nəfərdə yoluxma faktı üzə çıxıb. Bununla da ümumi infeksiya sayı 127-yə çatıb.
İyulun 1-dən götürülmüş 170 000 testdən 0,02 faizi müsbət nəticə verib.
Qeyd edək ki, "Tokio-2020" bu il iyulun 23-də başlayıb və avqustun 8-dək davam edəcək.