logo

Daha bir boksçumuz “Tokio-2020” ilə erkən vidalaşdı

13:55 24-07-2021 | icon 2646
Daha bir boksçumuz “Tokio-2020” ilə erkən vidalaşdı

Azərbaycanın daha bir boksçusu “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.

YeniAvropa xəbər verir ki, yarışda 69 kiloqram çəki dərəcəsində çıxış edən Lorenzo Sotomayor gürcüstanlı Eskerxan Madiev ilə qarşılaşıb. Üçüncü raundda boksçumuz zədələndiyi üçün hakim görüşü yarımçıq saxlayıb və qələbə rəqib idmançıya verilib.

Daha əvvəl boksçumuz Tayfur Əliyev (57 kq) vyetnamlı rəqibi Duonq van Nquyenə uduzaraq “Tokio-2020”də mübarizəni dayandırıb.

Bu gün daha bir güləşçimiz rinqə çıxacaq. Belə ki, Məhəmməd Abdullayev (+91 kq) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.