Azərbaycan üzgüçüsü Maksim Şemberev “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
AZƏRTAC xəbər verir ki, təmsilçimiz 400 metr məsafəyə fərdi üzgüçülük yarışlarında 4 dəqiqə 19 saniyəlik göstərici ilə qrupda sonuncu olub. Digər qruplarda yer alan idmançıların çıxışlarının nəticələrindən asılı olaraq, ilk səkkizliyə düşə bilmədiyi üçün finala çıxmaq şansını itirib.
M.Şemberevin yarışdığı ikinci qrupun qalibi 4 dəqiqə 12 saniyəlik göstərici ilə ispaniyalı Ramon Joan Luis olub.