Azərbaycan boksçusu Tayfur Əliyevin “Tokio-2020” Yay Olimpiya Oyunlarında debütü uğursuz olub.
YeniAvropa xəbər verir ki, 57 kiloqram çəki dərəcəsində çıxış edən boksçumuz vyetnamlı Duonq van Nguyenə məğlub olub və mübarizəni dayandırıb.
Bu gün daha iki boksçumuz rinqə çıxacaq. Belə ki, Lorenso Sotomoyor (69 kq) gürcüstanlı Eskerxan Madiev, Məhəmməd Abdullayev (91 kq-dan yuxarı) isə Bəhreyn idmançısı Denis Latipov ilə qarşılaşacaq.