Azərbaycanın güllə atıcısı Ruslan Lunyov “Tokio-2020” Yay Olimpiya Oyunlarında mübarizəni dayandırıb.
YeniAvropa xəbər verir ki, 10 metr məsafəyə kiçikçaplı tapançadan atəşaçma yarışında mübarizəyə təsnifat mərhələsindən başlayan Ruslan Lunyov yekunda 547 xal toplayaraq 20-ci olub.
Bu nəticə isə onun həlledici mərhələyə çıxması üçün yetərli olmayıb.