logo

“Tokio-2020”: İki cüdoçumuz olimpiadada mübarizəni dayandırıb

09:30 24-07-2021 | icon 2408
“Tokio-2020”: İki cüdoçumuz olimpiadada mübarizəni dayandırıb

Tokioda Azərbaycan komandasının da qatıldığı Yay Olimpiya Oyunları davam edir.

 YeniAvropa xəbər verir ki, 1/16 finaldan mübarizəyə qoşulmuş cüdoçumuz Kəramət Hüseynov (60 kq) Eşli Makkenzi (Böyük Britaniya) üzərində qələbə qazansa da, 1/8 finalda gürcüstanlı Luxumi Çxvimianiyə məğlub olaraq mübarizəni dayandırıb.

Digər təmsilçimiz Aişə Qurbanlı (48 kq) isə startda Katarina Kostaya uduzub.

Qeyd edək ki, Azərbaycan tarixdə ilk dəfə olaraq Olimpiya Oyunlarında 9 cüdoçu ilə təmsil olunur. Olimpiadada cüdo yarışları iyulun 31-də yekunlaşacaq.