Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.
YeniAvropa xəbər verir ki, turnirdə daha bir cüdoçumuz medal qazanıb. Belə ki, qızlar arasında mübarizə aparan Nərmin Əmirli (+78 kq) üçüncü yer uğrunda çexiyalı Marketain Cerçilovanı məğlub edərək bürünc medala layiq görülüb.
Bununla da gənclərdən ibarət cüdo komandamızın turnirdə əldə etdiyi medalların sayı 3-ə çatıb.
Qeyd edək ki, oğlanların yarışında iki idmançımız - Qasım Vəlizadə (60 kq) və Rəşad Quluzadə (66 kq) gümüş medal qazanıblar.
Avropa kuboku yarışında 33 ölkədən 383 idmançı mübarizə aparır. Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb.
Yarışa bu gün yekun vurulacaq.