Praqada keçirilən gənc cüdoçular arasında Avropa kuboku uğrunda turnir davam edir.
YeniAvropa xəbər verir ki, turnirdə iki idmançımız - Qasım Vəlizadə və Rəşad Quluzadə gümüş medal qazanıblar. Belə ki, Qasım Vəlizadə (60 kq) finalda gürcü Giorgi Sardalaşviliyə məğlub olaraq gümüş medalla kifayətlənib.
Turnirdə 66 kiloqram çəki dərəcəsində çıxış edən Rəşad Quluzadə isə finalda Niderland təmsilçisi Dilyan Van Der Kolk ilə üz-üzə gəlib. Cüdoçumuz həlledici mərhələdə məğlub olaraq ikinci pillədə qərarlaşıb.
Qeyd edək ki, Azərbaycan turnirə 11 cüdoçu ilə qatılıb. Oğlanların yarışında ölkəmizi Cavid Piriyev, Qasım Vəlizadə (60 kq), Rəşad Quluzadə (66 kq), Murad Bəşirov (73 kq), İbrahim Ağakişiyev (81 kq), Ruslan Səfxanov (90 kq) və Yaqub İsmayılzadə (+100 kq) təmsil edirlər. Qadın cüdoçularımızdan isə yarışda Gülşən Bəşirova, Könül Əliyeva (48 kq), Səbinə Əliyeva (52 kq) və Nərmin Əmirli (+78 kq) mübarizə aparırlar.
Turnirə iyulun 18-də yekun vurulacaq.