logo

Azərbaycan "Tokio-2020" Olimpiya Oyunlarına 9 cüdoçu ilə yollanır

10:28 13-07-2021 | icon 3297
Azərbaycan "Tokio-2020" Olimpiya Oyunlarına 9 cüdoçu ilə yollanır

Azərbaycanı Tokio Yay Olimpiya Oyunlarında təmsil edəcək cüdoçuların adları açıqlanıb.

Federasiyanın mətbuat xidmətindən YeniAvropa-ya verilən məlumata görə, kişilərdən ibarət komandada 66 kq çəki dərəcəsində Avropa çempionu Orxan Səfərova üstünlük verilib. Bu çəkidəki daha təcrübəli cüdoçu Nicat Şıxəlizadə isə yığmanın kapitanı təyin olunub və məşqlərdə Səfərovun sınaqçı rəqibi kimi Yaponiya paytaxtına yollanacaq.

Beləliklə, kişilərdən ibarət yığmanın baş məşqçisi Ruslan Maşurenko Kəramət Hüseynov (60 kq), Orxan Səfərov (66 kq), Rüstəm Orucov (73 kq), Murad Fətiye (81 kq), Məmmədəli Mehdiyev (90 kq), Zelim Kotsoyev (100 kq) və Uşangi Kokauriyə (+100 kq) yer verib.

Qadın cüdoçular Aişə Qurbanlı (48 kq) və İrina Kindzerska (+78 kq) isə baş məşqçi Rəşad Məmmədovun rəhbərliyi altında çıxış edəcəklər.

Qeyd edək ki, Azərbaycan cüdoçuları Tokioya İyulun 14-də və 18-də yollanacaqlar. Rüstəm Orucov həm də iyulun 23-də keçiriləcək açılış mərasimində bayraqdar funksiyasını yerinə yetirəcək. Olimpiadada cüdo yarışları 24 - 31 iyulda keçiriləcək.