Yay Olimpiya Oyunlarının məşəli Tokioya gətirilib
İyulun 9-da Olimpiya məşəli estafeti Tokioda start götürüb.
YeniAvropa xəbər verir ki, Yaponiyanın artıq 46 prefekturasında olan məşəl sonuncu – paytaxt prefekturasına gətirilib.
Bu münasibətlə Tokionun Komazava parkında təntənəli mərasim təşkil edilib. Mərasimi Tokionun qubernatoru Yuriko Koike açıb. Xanım qubernator Olimpiya Oyunlarının məşəlinin Yaponiya paytaxtına gətirilməsi ilə əlaqədar raportu qəbul edib.
Mərasimdə çıxış edən qubernator deyib: “Ötən ilin martında bu alov Yunanıstandan Yaponiyaya gətirilib. Olimpiya Oyunlarının vaxtı dəyişdirilsə də, biz alovu bir il müddətində qoruyaraq saxlamışıq. Nəhayət ki, martın 25-də Fukuşima prefekturasında məşəl estafeti start götürüb. Ölkənin 46 prefekturasını gəzən Olimpiya məşəli bu gün Tokioya çatıb. Bütün çətinliklərə baxmayaraq, ölkə əhalisinin ümid rəmzi kimi qarşıladığı məşəl artıq Yaponiya paytaxtındadır”.
Estafetin keçəcəyi ilk paytaxt rayonu Maçida şəhəri olacaq. Tokionun bütün rayonlarını gəzəcək məşəl iyulun 23-də Olimpiadanın açılış mərasimi günü Tokionun mərkəzinə qayıdacaq.
Mərasimin təşkil edildiyi Komazava stadionunun ətrafında Olimpiadanın keçirilməsinə etiraz edənlərin mitinqi də təşkil olunub. Buraya toplaşanlar “Olimpiadanı dayandırın!”, “Biz Olimpiadanın əleyhinəyik!” kimi şüarlar səsləndiriblər.
Qeyd edək ki, mərasim Tokioda koronavirusa yoluxmanın artması ilə əlaqədar dördüncü fövqəladə vəziyyət rejiminin elan edilməsindən cəmi bir neçə saat sonra keçirilib.
Xatırladaq ki, Tokio Olimpiadası iyulun 23-dən avqustun 8-dək təşkil olunacaq. Bu Olimpiadanın ən çox idman növünü (33) və kateqoriyasını (339) əhatə edəcəyi bildirilir. Yarışlarda 19 minədək idmançının iştirakı da gözlənilir. Tarixdə ilk dəfə olaraq Olimpiya Oyunları tamaşaçılarsız keçiriləcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb