logo

"Olimpiakos"un baş məşqçisi "Neftçi"ni izləmək üçün Bakıya gəlir

09:59 08-07-2021 | icon 3668
"Olimpiakos"un baş məşqçisi "Neftçi"ni izləmək üçün Bakıya gəlir

Yunanıstanın "Olimpiakos" klubunun baş məşqçisi Pedro Martins gələn həftə Bakıya səfər edəcək.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki,portuqaliyalı mütəxəssis "Neftçi" və Gürcüstanın "Dinamo" (Tbilisi) klubları arasında UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyununu izləmək üçün Azərbaycan paytaxtına təşrif buyuracaq.

Bu cütün qalibi II təsnifat turunda raundda "Olimpiakos"un rəqibi olacaq.

Qeyd edək ki, Tbilisidəki ilk görüşdə "Neftçi" 2:1 hesablı qələbə qazanıb. Pedro Martins həmin görüşü də tribunadan canlı izləyib.

Bu cütün cavab qarşılaşması iyulun 14-də "Bakcell Arena"da olacaq.

Xatırladaq ki, "Olimpiakos" Yunanıstanın ən titullu futbol klublarından biridir. 1925-ci ildə yaradılan "Olimpiakos" 46 dəfə ölkə çempionu, 22 dəfə ölkə kubokunun sahibi olub. 43 dəfə Avropa kuboklarında iştirak edib.