“EURO-2020”:İtaliya millisi İspaniyanı məğlub edib finala yüksəldi
İyulun 6-da futbol üzrə 16-cı Avropa çempionatının yarımfinal mərhələsinin ilk oyunu keçirilib.
YeniAvropa xəbər verir ki, Londonun “Uembli” stadionunda keçirilən birinci yarımfinal matçında çempionatın favoritlərindən hesab olunan İtaliya və İspaniya yığmaları qarşılaşıblar.
Almaniyalı Feliks Brixin idarə etdiyi oyunun əsas vaxtı 1:1 hesabı ilə başa çatıb.15 dəqiqəlik iki əlavə vaxtda da hesab dəyişməyib. Qalibi müəyyənləşdirmək üçün təyin olunan 11 metrlik cərimə zərbələri seriyasını daha dəqiq yerinə yetirən İtaliya komandası çempionatın ilk finalçısı olub.
Matçın birinci hissəsində üstün oyun nümayiş etdirən İspaniya yığmasının cəhdləri heç bir nəticə verməyib və komandalar fasiləyə qolsuz heç-heçə ilə yollanıblar.
Görüşün ikinci hissəsində komandalar qarşılıqlı olaraq təzyiqi artırmağa başlayıblar və bir neçə təhlükəli vəziyyət yaradıblar. Oyunda hesab matçın 60-cı dəqiqəsində açılıb. İtaliyalıların qapıçı Donnarumma ilə başladığı sürətli əks-hücumu Federiko Kieza cərimə meydançasından kənardan vurduğu baxımlı zərbə ilə dəqiq tamamlayıb - 1:0.
İspaniya yığması buna matçın 80-ci dəqiqəsində Alvaro Moratanın qolu ilə cavab verib. Əvəzetmədən sonra meydana daxil olan A.Morata komanda yoldaşı Olmonun ötürməsindən sonra təkbətək çıxdığı qapıçı ilə dueldən qalib ayrılıb - 1:1.
Qalan dəqiqələrdə hesab dəyişməyib və matçın əsas vaxtı heç-heçə başa çatıb.
Qalibi müəyyənləşdirmək üçün 15 dəqiqəlik iki əlavə vaxt oynanılıb. Həmin hissədə də qalib müəyyən edilmədiyindən komandalar 11 metrlik cərimə zərbələri seriyasını yerinə yetiriblər. Bu hissədə 4:2 hesabı ilə qalib gələn İtaliya komandası "EURO-2020"nin ilk finalçısı olub.
Final mərhələsinin digər iştirakçısı iyulun 7-də “Uembli” stadionunda keçiriləcək İngiltərə - Danimarka oyunundan sonra müəyyənləşəcək. Həmin görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.
Xatırladaq ki, turnirdə son dərəcə inamlı oyun nümayiş etdirən İtaliya yığması A qrupundakı rəqiblərini – Türkiyə (3:0), İsveçrə (3:0) və Uels (1:0) seçmələrini məğlub edərək səkkizdəbir finala yüksəlib. Apennin təmsilçisi səkkizdəbir finalda Avstriyanı (2:1, əsas vaxt 0:0), dörddəbir finalda isə turnirin ən güclülərindən olan Belçikanı (2:1) mübarizədən kənarlaşdırıb.
“EURO-2020”nin final matçı iyulun 11-də “Uembli” stadionunda keçiriləcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb