logo

"Tokio-2020" Yay Olimpiya Oyunlarında stadionlara 5 min tamaşaçı buraxılacaq 

23:47 06-07-2021 | icon 3318
"Tokio-2020" Yay Olimpiya Oyunlarında stadionlara 5 min tamaşaçı buraxılacaq 

Ötən ildən təxirə salınan "Tokio-2020" Yay Olimpiya Oyunlarının təşkilatçıları yarışlar zamanı stadionlarda tamaşaçı sayının 5 minədək müəyyənləşdirilməsini planlaşdırırlar.

YeniAvropa xəbər verir ki, bu barədə yerli "Kyodo" agentliyi rəsmi mənbələrə istinadla məlumat yayıb.

Bildirilir ki, Olimpiya Oyunlarının təşkilatçıları bu barədə yekun qərarı iyulun 8-də qəbul edəcəklər.

Onlayn-görüşdə Yaponiya hökumətinin, Tokio administrasiyasının, Beynəlxalq Olimpiya Komitəsinin (BOK) və Olimpiadanın təşkilat komitəsinin nümayəndələrinin iştirak edəcəyi gözlənilir.

Qeyd edək ki, iyunun 21-də tamaşaçı limitinin 10 min həddində müəyyənləşməsi, bununla yanaşı, idman obyektlərindəki yerlərin 50 faizdən çox tutulmaması barədə limit təyin edilib. Agentlik ölkədə koronavirusla əlaqədar vəziyyət gərginləşdiyinə görə, Yaponiya hökumətinin və təşkilatçıların yarışların bu sayda tamaşaçılarla təşkilində çətinlik çəkəcəyini qeyd edir.

xatırladaq ki, Tokio Olimpiadasının 2021-ci il iyulun 23-dən avqustun 8-dək keçirilməsi nəzərdə tutulur. Olimpiadaya əcnəbi tamaşaçılar buraxılmayacaqlar.