UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin iyulun 14-də keçiriləcək "Neftçi” – "Dinamo” (Tbilisi) cavab qarşılaşmasının hakimləri bəlli olub.
YeniAvropa xəbər verir ki, Bakıda keçiriləcək oyunu moldovalı hakimlər briqadası idarə edəcək.
“Bakcell Arena”da baş tutacaq görüşün baş hakimi Dumitri Muntean olacaq. Ona Vlad Lifçiu və Vadim Vikol yardım edəcək. Dördüncü hakim funksiyasını Qabriel Tupiçika yerinə yetirəcək.
Qeyd edək ki, Azərbaycan və Gürcüstan çempionlarının qarşılaşması saat 21:00-da başlayacaq.
Xatırladaq ki, bu komandalar arasında ilk oyun iyulun 7-si Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək . Matç Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.