"Belə zirvələri fəth etmək Ukrayna millisi üçün hələ tezdir”.
YeniAvropa xəbər verir ki, bu fikirləri Ukrayna milli komandasının baş məşqçisi Andrey Şevçenko "EURO-2020"nin ötən gün İngiltərə yığmasına qarşı keçirilən 1/4 final mərhələsi matçında sonra səsləndirib.
İngiltərə yığmasına 0-4 hesab ilə məğlub olduqları görüşü baş məşqçi belə şərh edib:
“Uşaqlar üçün çətin oldu. Ümumiyyətlə, komandam yenə öz futbolunu oynadı, prinsiplərimizdən əl çəkmədik. Müqavimət göstərməyə çalışdıq, lakin alınmadı. Rəqib bizim üçün əlçatmaz dağ oldu".