İyulun 3-də futbol üzrə Avropa çempionatının dörddəbir final mərhələsinə yekun vurulacaq.
YeniAvropa xəbər verir ki, günün ilk matçı Bakı Olimpiya Stadionunda Çexiya və Danimarka komandaları arasında keçiriləcək. Saat 20:00-da başlayacaq görüşü niderlandlı FIFA referisi Byorn Kuypers idarə edəcək. Danimarka millisi səkkizdəbir finalda Uelsi (4:0), Çexiya seçməsi isə turnirin favoritlərindən sayılan Niderlandı mübarizədən kənarlaşdırıb – 2:0.
Günün və mərhələnin sonuncu qarşılaşmasında İngiltərə və Ukrayna yığmaları üz-üzə gələcək. Romadakı “Olimpiko” stadionunda baş tutacaq qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşün baş hakimi almaniyalı Feliks Brix olacaq. Britaniyalılar əvvəlki raundda Almaniyanı (2:0), Ukrayna isə İsveçi üstələyib – 2:1.
Bu iki oyunun qalibi yarımfinalda bir-birinə rəqib olacaqlar.
“EURO-2020”nin yarımfinal mərhələsinin görüşləri iyulun 6-7-də, final matçı isə iyulun 11-də keçiriləcək. Yarımfinal və final görüşlərinə Londondakı “Uembli” stadionu ev sahibliyi edəcək. Birinci yarımfinal matçında İtaliya və İspaniya komandaları qarşılaşacaqlar.