logo

"EURO-2020": Çexiya millisi 1/4 final oyunu üçün Bakıya gəldi

20:11 01-07-2021 | icon 3647
"EURO-2020": Çexiya millisi 1/4 final oyunu üçün Bakıya gəldi

Futbol üzrə Çexiya millisi Avropa çempionatının dörddəbir final mərhələsində Danimarkaya qarşı keçirəcəyi oyun üçün Bakıya gəlib.

YeniAvropa  AFFA-ya istinadla xəbər verir ki, axşam saatlarında Heydər Əliyev Beynəlxalq Aeroportuna çatan Yaroslav Şilqavının baş məşqçisi olduğu komanda "Hilton" otelində qalacaq.

Sabah Çexiya yığmasının Bakı Olimpiya Stadionunda məşqi nəzərdə tutulub.

Qeyd edək ki, iyulun 3-də keçiriləcək Çexiya - Danimarka oyunu saat 20:00-da başlayacaq.