İyunun 26-da futbol üzrə Avropa çempionatının səkkizdəbir final mərhələsinə Uels-Danimarka oyunu ilə start verilib.
YeniAvropa xəbər verir ki, Amsterdamdakı “Yohan Kroyf Arena”da keçirilən görüş Danimarka millisinin 4:0 hesablı qələbəsi ilə başa çatıb.
Danimarkalıların heyətində Kasper Dolberq (27, 48), Yoakim Mehle (88) və Martin Brautvey (95+5) fərqləniblər.
Danimarka növbəti mərhələdəkı oyununu Bakı Olimpiya Stadionunda keçirəcək. İyulun 3-də Bakıda keçiriləcək dörddəbir final mərhələsində bu kommandanın rəqibi Niderland - Çexiya duelinin qalibi olacaq.
Qeyd edək ki, günün ikinci oyununda İtaliya və Avstriya yığmaları üz-üzə gələcəklər. Londondakı “Uembli” stadionunda oynanılacaq görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq. Matçın baş hakimi ingiltərəli Entoni Teylor olacaq. Mərhələni keçən kollektiv dörddəbir finalda Belçika - Portuqaliya qarşılaşmasının qalibi ilə görüşəcək.