Türkiyənin məşhur iş adamı Ali Koç yenidən "Fənərbağça" futbol klubunun prezidenti seçilib.
YeniAvropa yerli mətbuata istinadla xəbər verir ki, seçkilərdə yeganə namizəd olan 54 yaşlı iş adamı 6 459 səs toplayıb.
Qeyd edək ki, Ali Koç 2018-ci ildən İstanbul təmsilçisinin rəhbəridir.