UEFA Çempionlar Liqasının birinci təsnifat mərhələsi çərçivəsində keçiriləcək “Dinamo” (Tbilisi, Gürcüstan) – “Neftçi” oyununun hakimləri müəyyənləşib.
YeniAvropa xəbər verir ki, matçı İsraildən olan hakimlər briqadası idarə edəcək.
Görüşün baş hakimi David Fuksman olacaq. Ona Nati Dotan və Matityahu Yakobov kömək edəcəklər. Dördüncü hakim funksiyasını İdan Leiba yerinə yetirəcək.
“Dinamo”-“Neftçi” matçı iyulun 7-də Tbilisidəki Boris Payçadze adına “Dinamo Arena”da keçiriləcək.