Ötən ildən təxirə salınan “Tokio-2020” XXXII Yay Olimpiya Oyunlarında Azərbaycan komandasının bayraqdarı müəyyənləşib.
YeniAvropa xəbər verir ki, bu barədə Milli Olimpiya Komitəsinin vitse-prezidenti Çingiz Hüseynzadə iyunun 25-də təşkil olunan tədbirdə deyib.
Vitse-prezident bildirib ki, Olimpiya Oyunlarında milli komandanın bayrağını daşımaq şərəfi cüdoçu Rüstəm Orucova həvalə olunub. “Tokio-2020"nin açılış mərasimində üçrəngli bayrağımızı Rüstəm Orucov daşıyacaq.