QDİƏT Parlament Məclisinin Baş Assambleyasının iclası keçirilib
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin (QDİƏT PM) 57-ci Baş Assambleyasının onlayn formatda iclası keçirilib.
Parlamentin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən YeniAvropa-ya bildirilib ki, tədbirdə Azərbaycan Milli Məclisini QDİƏT PM sədrinin müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyev, nümayəndə heyətinin üzvləri Eldar İbrahimov, Musa Quliyev və Ramin Məmmədov təmsil ediblər.
İclasda əvvəlcə Şimali Makedoniya Respublikası parlamentinin qurumun tam üzvlüyünə qəbulu məsələsi müsbət həll edilib. Toplantıda çıxış edən QDİƏT Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Şimali Makedoniyanın qurumda üzvlüyünün 2022-ci ilin yanvarından başlamasına baxmayaraq, nümayəndə heyətinin bu gündən QDİƏT PM-in bütün iclaslarında məşvərətçi səslə iştirak edə biləcəyini bildirib.
Sonra tədbirdə QDİƏT PM sədrinin səlahiyyət müddətinin bitməsi ilə əlaqədar yeni sədrin seçkisi keçirilib. Yeni sədr Rumıniya Deputatlar Palatasının sədri Lüdoviq Orban seçilib. İclasda nümayəndə heyətlərinin yeni deputatlarının mandatları, 56-cı Baş Assambleyanın protokolu və QDİƏT PM-in son 6 aylıq fəaliyyəti haqqında hesabatı da təsdiq edilib.
İclasda QDİƏT PM sədrinin yeni müavinləri də seçiləndən sonra Baş Assambleyada “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu” mövzusunda komitələrdə hazırlanmış məruzələrin və onlara tövsiyələrin müzakirəsi keçirilib.
Toplantıda “İnsan alveri ilə mübarizədə parlamentlərin rolu” mövzusunun iqtisadi, hüquqi və siyasi aspektləri ilə bağlı məruzə və tövsiyələrin müzakirəsi Azərbaycan nümayəndə heyətinin rəhbəri Eldar Quliyevin sədrliyi ilə aparılıb. İclasda sonuncu müzakirə olunan məsələ - maliyyə auditi ilə bağlı hesabat da Baş Assambleya tərəfindən təsdiqlənib.
Tədbirin yekununda bildirilib ki, QDİƏT PM-in Baş Assambleyasının 58-ci sessiyasının bu il noyabrın 25-də Rumıniyada keçirilməsi nəzərdə tutulur.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq