“EURO-2020”: İsveçrə millisi Türkiyə yığmasına qalib gəldi- 3:1
İyunun 20-də “EURO-2020”nin A qrupunun Bakı Olimpiya Stadionunda sonuncu matçı keçirilib. Görüşdə İsveçrə və Türkiyə yığmaları üz-üzə gəliblər.
YeniAvropa xəbər verir ki, Türkiyə millisinin start heyətindı meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxıblar.
İsveçrə seçməsinin ilk on birliyində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.
Sloveniyalı FIFA referisi Slavko Vinçiçin idarə etdiyi matç İsveçrə millisi 3:1 hesablı qələbəsi ilə başa çatıb. İsveçrə millisinin heyətində Cerdan Şakiri dubl edib, Haris Seferoviç isə fərqlənib. Türkiyə millisinin “EURO-2020”nin final mərhələsində yeganə qolunu isə İrfan Can Kahveci vurub.
Beləliklə, turnirin qrup mərhələsini xalsız başa vuran Türkiyə millisi “EURO-2020”də mübarizəni dayandırıb.
İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.
A qrupuna 9 xalla İtaliya millisi başçılıq edir. Komanda artıq ötən tur növbəti mərhələyə vəsiqəni təmin edib. Hesabında 4 xal olan Uels və İsveçrə yığmaları 2-ci və 3-cü pillədə yer alıblar. Uels millisi də növbəti mərhələdə mübarizə aparacaq.
Bakı Olimpiya Stadionu iyulun 3-də turnirin dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb