“EURO-2020”nin A qrupunun III tur çərçivəsində keçirilən İsveçrə və Türkiyə oyunu başlayıb.
YeniAvropa xəbər verir ki, Bakı Olimpiya Stadionunda keçirilən görüşü sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edir.
Ona həmyerliləri Tomaz Klançnik və Andraz Kovaçiç köməklik göstərir. Dördüncü hakim funksiyasını isveçli Andreas Ekberq yerinə yetirir. Oyunun VAR hakimi isə Bastian Dankertdi (Almaniya).
Türkiyə millisinin start "11-də" meydana Uğurcan Çakır, Zeki Çelik, Merih Demiral, Çağlar Söyüncü, Ozan Tufan, Cengiz Ünder, Hakan Çalhanoğlu, 17. Burak Yılmaz, İrfan Can Kahveci, Kaan Ayhan və Mert Müldür çıxıblar.
İsveçrə seçməsinin start heyətində isə Yan Zommer, Silvan Vidmer, Niko Elvedi, Manuel Akanci, Bril Embolo, Remo Froyler, Haris Seferoviç, Qranik Caka, Rikardo Rodriges, Stiven Tsuber və Cerdan Şakiri yer alıblar.