UEFA-nın baş katibi Teodor Teodoridis “EURO-2020”nin A qrupu çərçivəsində keçiriləcək İsveçrə-Türkiyə-oyununu izləmək üçün Bakıya gəlib.
YeniAvropa AFFA-ya istinadla xəbər verir ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.
İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3, daha sonra Uels yığmasına 0:2 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1. İsveçrə növbəti oyununda İtaliyaya 0:3 hesabı ilə uduzub.
Bakı Olimpiya Stadionu, həmçinin iyulun 3-də dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.