logo

"EURO-2020":Türkiyə millisi qrup mərhələsində sonuncu oyununa çıxır

09:23 20-06-2021 | icon 3444
"EURO-2020":Türkiyə millisi qrup mərhələsində sonuncu oyununa çıxır

Bu gün futbol üzrə Avropa çempionatının qrup mərhələsinin üçüncü turuna start veriləcək.

YeniAvropa xəbər verir ki, qarşılaşmalardan biri Bakıda, digəri İtaliyanın paytaxtı Romada oynanılacaq. Hər iki görüş eyni saatda - Bakı vaxtı ilə 20:00-da start götürəcək.

İlk turdan sonra xalı olmayan Türkiyə millisi 1 xalla 3-cü sırada qərarlaşan İsveçrə yığmasını sınağa çəkəcək. Bakı Olimpiya Stadionunda keçiriləcək oyunu sloveniyalı FIFA referisi Slavko Vinçiç idarə edəcək. Ən yaxşı göstəriciyə malik 4 qrup üçüncüsündən biri kimi səkkizdəbir finala çıxmağı hədəfləyən "ay-ulduzlular" bunun üçün mütləq rəqibinə qalib gəlməlidir. Amma qələbə də Şenol Günəşin başçılıq etdiyi komandaya qrupdan çıxmaq üçün kifayət etməyə bilər. Bu mənada, digər oyunların nəticəsi də önəmli olacaq.

Bu qrupun digər oyununda isə İtaliya və Uels yığmaları üz-üzə gələcəklər. “Olimpiko” stadionundakı qarşılaşmanın baş hakimi Rumıniya təmsilçisi Ovidiu Hatseqan olacaq. İki görüşdən maksimum nəticə ilə ilk pillədə yer alan “Skuadra Adzurra” artıq pley-offa vəsiqəni təmin edib. Dörd xalla ikinci sırada olan britaniyalıları isə bu görüşdə heç-heçə də qane edəcək.