logo

Burak Elmas "Qalatasaray"ın 38-ci prezidenti oldu

22:10 19-06-2021 | icon 3521
Burak Elmas "Qalatasaray"ın 38-ci prezidenti oldu

Türkiyənin "Qalatasaray" futbol klubunun yeni prezidenti müəyyənləşib.

YeniAvropa yerli mətbuata istinadla xəbər verir  ki, seçkidə 5 namizəd - Metin Öztürk, İbrahim Özdemir, Eşref Hamamcıoğlu, Burak Elmas və Yiğit Şardan iştirak edib.

Burak Elmas bütün rəqiblərini geridə qoyub. Belə ki, səsvermədə iştirak edən 4 731 şəxsin 1 541-i Elması bu posta layiq görüb.
 
O, "sarı-qırmızıların" 38-ci prezidenti olub.
 
Elmas bu postda Mustafa Cengizi əvəzləyəcək. 2018-ci ildən İstanbul təmsilçisinə rəhbərlik edən Cengiz səhhəti ilə əlaqədar namizədliyini irəli sürməyib.