İyunun 18-də Parisdə nüfuzlu “Grand Chess Tour” yarışının ikinci mərhələsi start götürüb.
YeniAvropa xəbər verir ki, yarışda Azərbaycan şahmatçısı Teymur Rəcəbov birinci qarşılaşmada Levon Aronyan (Ermənistan) ilə üz-üzə gəlib. Qarşılaşma heç-heçə başa çatıb. Növbəti görüşdə fransalı Maksim Vaşye-Laqrava uduzan T.Rəcəbov günün sonuncu qarşılaşmasını iranlı Alireza Firuzcaya qarşı keçirəcək.
Turnir iştirakçıları üç gün ərzində rapid üzrə görüşlər keçirəcəklər. İyunun 21-də isə blits turniri baş tutacaq.
“Grand Chess Tour”da şahmatçımız və adıçəkilən rəqiblərindən başqa, Fabiano Karuana, Uesli So (hər ikisi ABŞ), Etien Bakrot (Fransa), Riçard Rapport (Macarıstan), Yan Nepomnyaşi, Vladimir Kramnik, Peter Svidler (hər üçü Rusiya) iştirak edirlər.