Azərbaycanın daha bir cüdoçusu Tokio Olimpiadasına vəsiqə qazanıb.
YeniAvropa xəbər verir ki, qadın cüdoçumuz Aişə Qurbanlı 48 kiloqram çəki dərəcəsində ölkəmizi təmsil edəcək. A.Qurbanlının reytinq xalı yüksək olduğu üçün lisenziyaya sahib olub. Beləliklə, Tokio Olimpiadasında Azərbaycanı iki qadın cüdoçu - Ayşə Qurbanlı və 78 kiloqramdan yuxarı çəki dərəcəsində İrina Kindzerska təmsil edəcəklər.
Qeyd edək ki, Azərbaycan kişilərin mübarizəsinə tam heyətlə - 7 cüdoçu ilə qatılacaq. Yaxın günlərdə Tokioda iştirak edəcək kişi cüdoçuların adları açıqlanacaq.