logo

Avropa çempionatları tarixinin ikinci ən sürətli qolu vurulub.

21:58 17-06-2021 | icon 2821
Avropa çempionatları tarixinin ikinci ən sürətli qolu vurulub.

Futbol üzrə Avropa çempionatları tarixinin ikinci ən sürətli qolu vurulub.

YeniAvropa xəbər verir ki, bu "EURO-2020"nin B qrupunda II turun Danimarka - Belçika matçına təsadüf edib. 1 dəqiqə 39-cu saniyəyə qeydə alınmış qolun müəllifi danimarkalı hücumçu Yussuf Poulsen olub.

Xatırladaq ki, indiyədək keçirilmiş Avropa çempionatlarında  ən sürətli qolun müəllifi isə 2004-cü ildə Portuqaliyada keçirilmiş qitə birinciliyində (EURO-2004) Yunanıstanla qarşılaşmada 67-ci saniyəsində fərqlənmiş  Rusiya millisinin 27 yaşlı hücumçusu Dmitri Kiriçenko olub.
 
Yeri gəlmişkən, "EURO-2004" daha bir göstəricisi ilə tarixə düşüb. 
Belə ki, Avropa çempionatlarının tarixidə ilk dəfə olaraq məhz bu çempionatda eyni komandalar həm açılış, həm də final matçında üz üzə gəliblər.  12 iyun 2004-cü ildə keçirilən "EURO-2004" ün açılış matçında  Yunanıstan Portuqaliya qarşılaşması 2:1, 
4 iyul 2004-cü ildə keçerilən  final maçtı isə 1:0 hesabı ilə başa çatıb. Yunanistan milli komandası ilk dəfə Avropa çempionu adını qazanıb.