logo

Azərbaycandan 8 hakim "Tokio-2020" Olimpiadasında ədaləti qoruyacaq

18:10 17-06-2021 | icon 3143
Azərbaycandan 8 hakim "Tokio-2020" Olimpiadasında ədaləti qoruyacaq

Azərbaycandan 8 hakim "Tokio-2020" Yay Olimpiya Oyunlarında ədaləti qoruyacaq.

YeniAvropa xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib. 

Qeyd edilib ki, ölkəmizi  Oilimpiaydada təmsil edəcək hakimlərin siyahısında Kvanq Çeol On (taekvondo), Asif Şirəliyev (güləş), Vahid Nəzərov (ağırlıqqaldırma), Cahangir Babayev (karate), Rza Əliyev (kişi idman gimnastikası), Anar Babanlı (boks), Fikrət Vəliyevin (qılıncoynatma) adları yer alıb.

Hakimlərimizdən Fariz Hüseynov (cüdo) isə ehtiyat hakimlər siyahısındadır.