Azərbaycan atletləri "Tokio-2020" Yay Olimpiadaya 30 lisenziya qazanıblar
Azərbaycan idmançıları indiyədək bu il Yaponiyanın paytaxtı Tokio şəhərində keçiriləcək XXXII Yay Olimpiya Oyunlarına 30, XVI Yay Paralimpiya oyunlarına isə 18 lisenziya qazanıblar.
YeniAvropa xəbər verir ki, bu barədə Gənclər və İdman Nazirliyindən bildirilib.
Qeyd edilib ki, Olimpiya Oyunlarına ən çox lisenziyanı güləşçilərimiz əldə ediblər. Pəhləvanlarımızdan 7 nəfər – Mariya Stadnik (50 kq), Elis Manolova (68 kq), sərbəst güləşçilərimizdən Hacı Əliyev (65), Hacımurad Hacıyev (74 kq), Şərif Şərifov (97 kq), yunan-Roma güləşçilərimizdən Rafiq Hüseynov (77 kq) və İslam Abbasov (87 kq) “Tokio-2020”yə lisenziya qazanıblar.
Gimnastlarımız Olimpiya Oyunlarına 4 lisenziya əldə ediblər. Bədii gimnastlarımızdan Zöhrə Ağamirova (çoxnövçülük), Azərbaycanın qrup hərəkətləri komandası (qrup-çoxnövçülük), Marina Nekrasova və İqor Tixonov (idman gimnastikası, çoxnövçülük) bu lisenziyaları komandamızın aktivinə yazıblar.
Boksçularımızdan Tayfur Əliyev (57 kq), Cavid Çələbiyev (63 kq), Lorenzo Sotomayor (69 kq), Alfonso Domingez (81 kq), Məhəmməd Abdullayev (+91 kq) olimpiadada iştirak edəcəklər.
Olimpiadaya digər lisenziyaları karateçilər Rafael Ağayev (75 kq), İrina Zaretska (+61 kq), Firdovsi Fərzəliyev (67 kq), atletlər Anna Skidan (çəkicatma) və Nazim Babayev (üçtəkanla tullanma), üzgüçü Maksim Şemberev (400 m, qarışıq), taekvondoçular Milad Beigi Hərçəqani (80 kq) və Fəridə Əzizova (80 kq), güllə atıcılığı üzrə Ruslan Lunyov (25 m məsafəyə kiçikçaplı tapançadan atəşaçma), badmintonçu Edi Reski Dviçayo, qılıncoynadanlardan Anna Başta (sablya), ağırlıqqaldırma üzrə Əliş Nəzərov, triatlon üzrə Rostislav Pevtsov və şose velosipedi üzrə Azərbaycan komandası qazanıblar.
XV Yay Paralimpiya Oyunlarına isə ən çox lisenziyanı atletika üzrə idmançılarımız qazanıblar. Belə ki, Oloxan Musayev (lövhəatma), Samir Nəbiyev, Elvin Astanov (nüvəitələmə), Kamil Əliyev, Səid Nəcəfzadə (uzunluğa tullanma), Elmir Cəbrayılov, Yelena Çebanu (qacış), Həmid Heydərli (nizəatma) lisenziyaya sahib olublar.
Parataekvondoçularımızdan Röyalə Fətəliyeva (49 kq), Aynur Məmmədova (58 kq), İmaməddin Xəlilov (61) və Əbülfəz Abuzərli (75 kq) Paralimpiadanın taekvondo yarışlarında mübarizə aparacaqlar.
Digər atletlərimizdən isə Paralimpiadaya lisenziyaya üzgüçülərdən Raman Salei (100 m arxasıüstə), Dana Sandıbina və Vəli İsrafilov, atıcılarımızdan Yelena Taranova (25 m), Kamran Zeynalov (50 m) və pauerliftinqçi Elşən Hüseynov (+107 kq) sahib olublar.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb