Yay məktəbi ilə bağlı mediatur təşkil olunub
İyunun 17-də Bakı şəhəri 32 nömrəli tam orta məktəbdə yay məktəbi ilə bağlı mediatur təşkil olunub.
YeniAvropa xəbər verir ki, mediaturun məqsədi media nümayəndələrini ilk dəfə təşkil olunan yay məktəbinin fəaliyyətinə dair görülən işlərlə daha yaxından tanış etməkdən ibarət olub.
Bakı şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Mehriban Vəliyeva yay məktəbinin təşkili baxımından nəzərdə tutulan tədbirlər barədə ətraflı məlumat verib. O, BŞTİ-nin tabeliyindəki 308 ümumi təhsil müəssisəsində yay məktəbinin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İdarə müdiri bildirib ki, ümumi təhsil müəssisələrində təşkil olunan yay məktəblərində iştirak etmək istəyən şagirdlər iyunun 30-dək məktəblərdəki mövcud imkanlardan yararlana biləcəklər.
Media təmsilçiləri yay məktəbində təşkil olunan dərslərin gedişini izləyib, bu proseslə bağlı fikir mübadiləsi aparıblar.
Qeyd edək ki, yay məktəbi şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə təşkil edilib.
Yay məktəbində ümumi təhsil müəssisələrinin I-X sinif şagirdləri ödənişsiz və könüllü əsaslarla iştirak edirlər. I-IV siniflərdə tədris həftədə 5 dəfə gündəlik 4 saat olmaqla, V-X siniflərdə isə həftədə 5 dəfə gündəlik 3-4 saat olmaqla təşkil olunur. I-IV siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri üzrə keçirilir. V-X siniflərdə məşğələlər tədris dili, riyaziyyat, xarici dil fənləri və ümumi təhsil müəssisəsinin rəhbərliyinin qərarı ilə digər 3 fənnə verilir.
Xatırladaq ki, ümumi təhsil müəssisələrində yay məktəbinin təşkili ilə əlaqədar olaraq #YayMəktəbi həştəq paylaşımlarına start verilib. Belə ki, təhsil müəssisələri, şagird və müəllimlər qeyd edilən həştəqlə yay məktəbi ilə bağlı foto və videogörüntüləri sosial şəbəkələrdə paylaşırlar.
Samir Şərifov Tbilisidə Asiya İnkişaf Bankının illik toplantısında iştirak edir
AQTA Sabirabadda nöqsanlı pendir sexini bağlatdırıb
Konfrans Liqası 1/2 final:Bu gün “Aston Villa” “Olimpiakos”u, “Fiorentina” isə “Brügge” qəbul edir
UEFA Avropa Liqasının yarımfinalı: “Roma”-“Bayer”, “Marsel”-“Atalanta”
Dini liderlərin Qarabağa səfəri başlayıb
İlham Əliyev BMT Baş katibinin xüsusi müşavirini qəbul edib
Bu gün paytaxtın bir hissəsində qaz olmayacaq
Bakıda İƏT ölkələrinin turizm operatorlarının forumu keçirilir
Bakının mərkəzində bu gün su olmayacaq
Neftçilər prospektində avtomobillərin hərəkəti məhdudlaşdırılıb
Ötən gün cinayət törətməkdə şübhəli bilinən 58 nəfər saxlanılıb
Azərbaycan nefti 86,63 dollara satılır
Faktiki hava:Küləkli hava sabah axşamadək davam edəcək
Beynəlxalq səyyahların Qarabağ və Şərqi Zəngəzura səfəri başlayıb
Tovuz rayonunda yük maşını körpüdən çaya aşıb
İlham Əliyev Rusiyanın baş ravvinini qəbul edib
Rusiyadan idxal olunan kartofda zərərli orqanizm aşkarlanıb
VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində nazirlərin 5-ci görüşü keçirilir
İstanbulda 1 May faciəsi qurbanlarının xatirəsi anılıb
“Naxçıvan Bank”ın səhmlərinin bir hissəsini “Kapital Bank” alıb
Mədəniyyətlərarası Dialoq Forumu çərçivəsində Dini Liderlərin Bakı görüşü keçirilir
Azərbaycanın neft və qazının satış qiymətləri üzrə proqnoz açıqlanıb
İlham Əliyev TDT ölkələrinin din rəhbərlərini qəbul edib
Sabah Bakıda güclü külək əsəcək, 23° isti olacaq
İlham Əliyev Rusiyanın Şimali Qafqaz regionunun bir qrup müftilərini qəbul edib