Beynəlxalq Olimpiya Komitəsi (BOK) və “Tokio-2020” Olimpiya və Paralimpiya Oyunlarının təşkilat komitəsi yarışları işıqlandıracaq jurnalistlərin 70-80 faizinin Oyunlar başlayanadək vaksinasiya olunmasını planlaşdırır.
YeniAvropa xarici KİV-ə istinadla xəbər verir ki, BOK və Oyunların təşkilat komitəsi idmançılarla ünsiyyətdə olacaq KİV nümayəndələrinə vaksinasiya olunmağı tövsiyə edir.
Bildirilir ki, Yaponiyada könüllülərin və KİV nümayəndələrinin vaksinasiyasına iyunun 18-dən başlanacaq.
Təşkilat komitəsinin yaydığı məlumata görə, Tokio Olimpiya Oyunlarını işıqlandıracaq KİV nümayəndələrinin sayı təqribən 22 min 200 nəfər olacaq. Paralimpiya Oyunlarını isə 5600 jurnalist işıqlandıracaq.