logo

UEFA prezidenti Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəldi

15:59 16-06-2021 | icon 6573
UEFA prezidenti Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəldi

UEFA-nın prezidenti Aleksander Çeferin “EURO-2020”nin A qrupu çərçivəsində keçiriləcək Türkiyə-Uels oyununu izləmək üçün Bakıya gəlib.

YeniAvropa xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

Qeyd edək ki, bu gün Bakı Olimpiya Stadionunda keçiriləcək qarşılaşma saat 20:00-da başlayacaq.

İlk turda Türkiyə millisi İtaliya seçməsinə 0:3 hesabı ilə məğlub olub. İsveçrə-Uels oyununda isə qalib müəyyənləşməyib -1:1.

Bakı Olimpiya Stadionu, həmçinin iyunun 20-də Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.