logo

“Neftçi”  UEFA Çempionlar Liqası I təsnifat mərhələsində "Dinamo"(Tbilisi) ilə qarşılaşacaq

13:08 15-06-2021 | icon 2324
“Neftçi”  UEFA Çempionlar Liqası I təsnifat mərhələsində "Dinamo"(Tbilisi) ilə qarşılaşacaq

İyunun 15-də UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün I təsnifat mərhələsinin püşkü atılıb.

YeniAvropa xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə püşkün nəticələrinə əsasən, “Neftçi” klubunun rəqibi Tbilisinin “Dinamo” komandası olub.

Azərbaycan yığmasının futbolçusu Mahir Emrelinin transfer olduğu Polşanın “Legiya” komandası isə Norveçin “Bude Qlimt” komandası ilə üz-üzə gələcək.

UEFA Çempionlar Liqasının 2021-2022-ci il mövsümünün I təsnifat mərhələsində digər qarşılaşmalar aşağıdakılardır:

“Fola Eş” (Lüksemburq) – “Linkoln” (Cəbəllütariq);

“Slovan” (Slovakiya) – “Şemrok Rovers” (İrlandiya);

“Malmö” (İsveç) - “Riqa" (Latviya);

“Konnas-Ki Nomads" (Uels) - “Alaşkert” (Ermənistan);

“HİK (Helsinki, Finlandiya) - “Buduçnost” (Monteneqro);

“ÇFR (Rumıniya) - “Borars" (Bosniya və Herseqovina);

“Şkendiya" (Şimali Makedoniya) - “Mura" (Sloveniya);

“Teuta" (Albaniya) - "Şerif" (Moldova);

“Makkabi" (Hayfa, İsrail) - “Kayrat” (Qazaxıstan);

“Ludoqorets" (Bolqarıstan) - “Şaxtyor" (Soliqorsk, Belarus);

“Jalgiris" (Litva) - “Linfild” (Şimali İrlandiya);

“Flora" (Estoniya) - “Hamrun Spartans” (Malta);

“Dinamo" (Zaqreb, Xorvatiya) - “Valür" (İslandiya);

Qeyd edək ki, I təsnifat mərhələsinin ilk oyunları iyulun 6-7-də, cavab görüşləri isə 13-14-də baş tutacaq.