Futbol üzrə Avropa çempionatının B qrupunun Danimarka - Finlandiya matçının birinci hissəsinin sonlarında danimarkalı futbolçu Kristian Eriksen huşunu itirərək yıxılıb.
YeniAvropa xəbər verir ki, bir müddət meydanda tibbi yardım göstərilən Eriksen daha sonra xəstəxanaya aparılıb.
UEFA-nın yaydığı məlumata görə, onun vəziyyəti sabitləşib.