“EURO-2020”: Bakıda Uels və İsveçrə milliləri qarşılaşırlar
İyunun 12-də futbol üzrə Avropa çempionatının A qrupu çərçivəsində Bakı Olimpiya Stadionunda Uels və İsveçrə yığmaları qarşılaşırlar.
YeniAvropa xəbər verir ki, fransalı referi Klement Turpinin idarə etdiyi oyunda Uels yığmasının start heyətində Danni Uord, Kris Mefam, Ben Deyvis, Co Rodon, Konnor Roberts, Aaron Remsi, Co Allen, Co Morrel, Qaret Beyl (k), Kieffer Mur və Daniel Ceyms yer alıblar.
İsveçrə seçməsinin heyətində isə meydana Yan Sommer, Rikardo Rodrigez, Manuel Akanci, Fabian Şer, Niko Elvedi, Kevin Mbabu, Remo Freuler, Qranit Caka (k), Xerdan Şaqiri, Haris Seferoviç və Breel Embolo çıxıblar.
Əvvəlcə hər iki komandanın dövlət himni səsləndirilib.
Bu komandalar indiyədək müxtəlif turnirlərdə yeddi dəfə üz-üzə gəliblər. Həmin görüşlərin beşində İsveçrə, ikisində isə Uels millisi qalib gəlib.
Qeyd edək ki, Uels yığması ikinci dəfədir Avropa çempionatlarında iştirak edir. Komanda qitə çempionatlarında ilk dəfə 2016-cı ildə debüt edib. Həmin çempionatda komanda yarımfinala qədər irəliləyib.
Daha əvvəl dörd dəfə Avropa çempionatlarının qrup mərhələsində çıxış edən İsveçrə seçməsi ən yaxşı nəticəni 2016-cı ildə göstərib. Həmin çempionatda qrupdan çıxmağı bacaran komanda səkkizdəbir finalda mübarizəni dayandırıb.
Xatırladaq ki, A qrupunun birinci oyununda İtaliya millisi Türkiyə seçməsinə 3:0 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, Bakı Olimpiya Stadionu A qrupu çərçivəsində keçiriləcək Türkiyə - Uels (16 iyun) və İsveçrə - Türkiyə (20 iyun) oyunlarına ev sahibliyi edəcək. İyulun 3-də isə Bakıda dörddəbir final mərhələsinin bir qarşılaşması keçiriləcək.
Sinoptiklərdən leysan,şimşək,dolu və qar xəbərdarlığı
Hərbiçilərimiz "Mavi Balina - 2024" təlimində iştirak ediblər
Azərbaycanın FIFA referisi beynəlxalq oyuna təyinat alıb
Vladimir Putin İlham Əliyevə zəng edib
Azərbaycan Çin şirkətləri ilə 3 müqavilə imzalayacaq
SOCAR, “Masdar” və “ACWA Power” arasında Memorandum imzalanıb
Sabah Bakıda 18° isti olacaq
Avropa çempionatı: Bu gün 9 cüdoçumuz mübarizəyə başlayır
“Yaşıl inkişaf portalı” istifadəyə verilib
Malayziya şirkəti Bakı Limanında fotovoltaik qurğusu inşa edəcək
Santuş Estoniya ilə matça yaxşı hazırlaşdıqlarını deyir
İlham Əliyev Fələstinin prezidentini təbrik edib
Sülh Azərbaycanın əsas prioritetidir-Ceyhun Bayramov
COP29: Bakıda Enerji keçidi üzrə İnvestisiya Forumu keçirilib
UEFA Millətlər Liqası:Bu gün 9 oyun keçiriləcək
Azərbaycan nefti 74,29 dollara satılır
Azərbaycan IRENA ilə birgə bərpaolunan enerji tərəfdaşlığı proqramını təsis edib
Əli Əsədov BMT-nin İnkişaf Proqramının administratoru ilə görüşüb
Norveç aviaşirkətinə məxsus təyyarə Bakıya təcili eniş edib
48 ölkədən 1000 QHT-ni özündə birləşdirən PACJA COP29-da yan tədbir keçirib
Son bir ayda Xəzər sahilində 1034 ölü suiti aşkar edilib
Azərbaycan səfiri etimadnaməsini Oman sultanına təqdim edib
"İlin ən yaxşı hücumçu" 10 namizəd arasından seçiləcək
Qazaxıstan nüvə enerjisinin 3 dəfə artırılması haqqında Bəyannaməyə qoşulub
Emin Mahmudov Azərbaycan millisinin heyətindən çıxarılıb