“EURO-2020”nin A qrupu çərçivəsində iyunun 12-də Bakı Olimpiya Stadionunda (BOS) Uels millisi ilə qarşılaşacaq İsveçrə yığmasının oyundan əvvəl son məşqi olub.
YeniAvropa xəbər verir ki, baş məşqçi Vladimir Petkoviçin yetirmələri hazırlıq prosesini “Dalğa Arena”da keçiriblər.
Uels-İsveçrə matçı iyunun 12-də saat 17:00-da başlayacaq.
Bakı Olimpiya Stadionu, həmçinin iyunun 16-da Türkiyə - Uels, dörd gün sonra Türkiyə - İsveçrə, iyulun 3-də isə dörddəbir final mərhələsinin bir oyununa ev sahibliyi edəcək.