Ceff Bezos qardaşı ilə kosmosa turist səyahətinə yollanır
“Amazon” və aerokosmik “Blue Origin” kompaniyalarının qurucusu, dünyanın ən varlı insanlarından biri olan Ceff Bezos qardaşı Mark ilə birgə kosmosa uçacaq.
YeniAvropa "Interfax" informasiya agentliyinə istinadla xəbər verir ki, uçuş iyulun 20-də “Blue Origin” kompaniyası tərəfindən hazırlanan “New Shepard” kosmik gəmisi ilə baş tutacaq. “New Shepard” yer atmosferindən kənarda qısa suborbital turist uçuşları üçün nəzərdə tutulan birpilləli raketdir. Kosmik gəminin sərnişin bölməsində altı nəfərlik oturacaq və Yer səthini müşahidə etmək üçün dörd illüminator var. “Blue Origin” kompaniyası raketi dəfələrlə sınaqdan keçirib, lakin sınaqlarda insanlar iştirak etməyib.
“Beş yaşından bəri kosmosa səyahət etməyi arzulamışam. İyulun 20-də bu səyahəti qardaşımla birgə həyata keçirəcəyəm. Ən yaxşı dostumla ən böyük macəra”, - deyə Ceff Bezos özünün "İnstaqram" səhifəsində yazıb.
İyulun 20-də raket onlarla kilometr yüksəyə qalxacaq. Bundan sonra kosmik turistləri daşıyan aparat raketdən ayrılacaq və kosmosun 100 kilometr yüksəklikdə yerləşən şərti sərhədini keçəcək. Sərnişinlər bir müddət çəkisizlik şəraitində qalacaq. Sonra kapsul paraşütün köməyi ilə enməyə başlayacaq. Eyni zamanda, aparatdan ayrılan pillə şaquli eniş həyata keçirəcək.
Kosmik səyahətə, həmçinin bir sərnişin yeri uğrunda iyunun 10-da başa çatacaq online hərracın qalibi də qatılacaq. Hazırda kosmosa bilet üçün ən yüksək təklif 2,8 milyon dollar təşkil edib. Qalib iyunun 12-də məlum olacaq.
Almaniya Azərbaycanı COP29-da dəstəkləməyə hazırdır
İlham Əliyev Almaniyaya işgüzar səfərə gəlib
Milli Məclisin sədri Monteneqroya rəsmi səfərə gedib
Xocalının Malıbəyli kəndində aşkarlanmış insan qalıqlarının sayı 8-ə çatıb
Prezidentinin Administrasiyasının may ayında vətəndaşların qəbulu CƏDVƏLİ
Azərbaycan-Ermənistan sərhəddə artıq 20 sərhəd dirəyi quraşdırılıb
Cüdoçumuz Avropa çempionatında gümüş medal qazanıb
"Bakcell" ilə innovasiya dövrü başlayır
Azərbaycan-Macarıstan enerji əməkdaşlığı müzakirə edilib
Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib
Sadır Japarovun Azərbaycana rəsmi səfəri başa çatdı
Gələn həftə ibtidai siniflərdə əlavə yaz tətili başlanır
Azərbaycan-Qazaxıstan hərbi əməkdaşlığı müzakirə edilib
İlham Əliyevlə Sadır Japarov Ağdamda Şahbulaq qalasında olub
Bakıda dünya qastroenteroloqlarının konqresi işə başlayıb
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdam Konfrans Mərkəzində olublar
Macarıstan Qarabağın minalardan təmizlənməsinə dəstək verməyə hazırdır
Sabah Bakıda 29° isti olacaq
Baş Prokurorluqdan Nəsib Quliyevin intiharı ilə bağlı açıqlama
İlham Əliyevlə Sadır Japarov Ağdam Cümə məscidinin açılışında iştirak edib
Bakıda Türk dövlətləri parlamentlərinin komitə sədrlərinin iclası keçirilir
Macarıstan şirkətlərinin Qarabağın bərpasında iştirak edəcək
Azərbaycan və Qırğızıstan prezidentləri Ağdama səfər edib
Macarıstanın xarici işlər naziri Azərbaycana səfərə gəlib
“Qarabağ”la “Zirə” Azərbaycan Kubokunun finalına qarşılaşacaq